Ələtdən 20-ci Sahəyə yeni ekspres avtobus marşrutu açılır
Bildirilib ki, marşrut xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının ödənilməsi və daha sürətli gedişlərin təmin edilməsi məqsədilə istifadəyə verilir.
Marşrut üzrə sərnişinlərə “Neoplan” markalı 7 ədəd böyüktutumlu avtobus hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək.
195E nömrəli ekspres marşrutun daşıyıcısı “BakuBus” MMC-dir.
Avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 1,50 AZN təşkil edir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


