Emin Ağalarov Sea Breeze-də yeni qayda tətbiq edib

Emin Ağalarov Sea Breeze-də yeni qayda tətbiq edib
  28 İyul 2026    Oxunub:281
Xalq artisti Emin Ağalarov sahibi olduğu Sea Breeze yaşayış kompleksində yeni qayda tətbiq olunduğunu açıqlayıb.
O, valideynlərə müraciət edərək uşaqların qolf maşınlarını nəzarətsiz idarə etməsinə yol verməməyi xahiş edib.

Ağalarov bildirib ki, bundan sonra Sea Breeze ərazisində qolf maşınlarının uşaqlar tərəfindən nəzarətsiz idarə olunmasına icazə verən valideynlər cərimələnəcək. Onun sözlərinə görə, qaydanı pozanların qolf maşınları da əllərindən alınacaq.

"Yeni qayda: qolf maşınlarına görə cərimə olunacaqsınız. Əgər valideynlər qolf maşınlarını nəzarətsiz şəkildə uşaqların idarə etməsinə icazə versələr, onları cərimələyəcəyik və qolf maşınlarını əllərindən alacağıq", – deyə Emin Ağalarov bildirib


Teqlər:






Xəbər lenti