Həcc ziyarətinin tarixi açıqlanıb

  25 Aprel 2013    Oxunub : 257
Həcc ziyarətinin tarixi açıqlanıb
Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların səfəri Qurban Bayramı ərəfəsi olaraq oktyabrın 2-dən başlayacaq.
Qafqaz MÜsəlmanları İdarəsindən verilən məlumata görə, artıq ziyarət üçün zəvvarlara təklif olunan variantlardan biri - xərci 3250 manatlıq xidmət üçün limit dolub.

Xərci 4100 manatlıq olan digər xidmət variantı üçün isə limitin gələn həftə dolması gözlənilir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacaqları hotellərdən asılı olaraq qiymətlərə görə iki variantda xidmət təqdim olunur.

Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlar hotellərdə 8 nəfərlik otaqda, ümumi xərci 4100 manata başa gələnlər isə 4 nəfərlik otaqda yerləşəcəklər.

Hər iki halda hotel tərəfindən zəvvarlara gündə iki dəfə yemək veriləcək. Nisbətən bahalı şərtlərdən istifadə edən zəvvarlar üçün verilən yeməklərin çeşidi bir qədər artıq olacaq.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota 1400 nəfərdir. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunur.(apa)

Teqlər: