Baş nazirin həkim arvadı – Sare Davudoğlu kimdir?

Baş nazirin həkim arvadı – Sare Davudoğlu kimdir?
  25 Avqust 2014    Oxunub:3757
2009-cu ildən xarici işlər naziri, bu ilin avqustun 28-dən etibarən isə Türkiyənin baş naziri olan Əhməd Davudoğlu və ailəsi ilə bağlı məlumatlar türk mətbuatının gündəmindədir.
Davudoğlunun xarici işlər naziri işlədiyi dönəmdə rəsmi səfərlərdə onu müşayiət edən xanımı Sare Davudoğlu Türkiyənin “yeni lady”si kimi təqdim edilir.

Sare Davudoğlu kimdir?

AzVision.az Türkiyənin yeni baş nazirinin həyat yoldaşı ilə bağlı maraqlı faktları təqdim edir.

Belə ki, Sare Davudoğlu 30 il əvvəl Tibb Universitetində oxuduğu vaxt Əhməd Davudoğlu ilə tanış olub. Qısa vaxtda sevgi həyatı yaşayan cütlük ailə həyatı qurmaq qərarına gəlirlər. Xoşbəxt cütlüyün 4 övladı dünyaya gəlib.



Sare Davudoğlu ixtisasca doğuş üzrə mütəxəssisdir. Həyat yoldaşının siyasi karyerasında ona həmişə dəstək olan Sare Davudoğlu həyat yoldaşı ilə birgə bir çox kampaniyalarda yer alıb. O həmçinin abort əleyhinə tədbirlərin də iştirakçısı olub.
Əhməd Davudoğlu həyat yoldaşı haqqında belə deyib:

“Evimizin naziri Sare xanımdır”.

Sare Davudoğlu isə həyat yoldaşı haqqında isə bildirib:

“Əhməd bəy necə ki, mənim seçimlərimin yaratdığı çətinliklərə dözüb və indi də dözür, mən də onun seçimlərinin çətinliklərinə dözürəm”.



Maraqlıdır ki, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının da doğuş həkimi Sare Davudoğlu olub.


Hazırladı: Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti