Ermənistan Ərdoğanın andiçməsinə dəvət edildi
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyan bildirib.
Onun sözlərinə görə, Ermənistan böyük ehtimalla mərasimdə XİN rəhbəri səviyyəsində təmsil olunacaq. Sarkisyan vurğulayıb ki, XİN rəhbəri həmçinin Türkiyə prezidentinin gələn il aprelin 24-də “erməni soyqırımı qurbanları”nın xatirəsinin 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimə qatılıb-qatılmayacağı ilə bağlı maraqlanacaq.
Ermənistan-Türkiyə sərhədinin nə vaxt açılacağı barədə suala cavablandıran Sarkisyan bu suala cavab verməyə çətinlik çəkdiyini bildirib. O, vurğulayıb ki, Ermənistan tərəfi bunun mümkün qədər baş tutmasını istəyir.
Eldar Tanrıverdiyev
Teqlər: