Polis azərbaycanlı qadını zorladı

Polis azərbaycanlı qadını zorladı
  25 Avqust 2014    Oxunub:3384
Ötən gecə Dağıstanda azərbaycanlı qadın zorlanıb.
“Kavkazskiy uzel” saytı yazır ki, hadisə Dağıstanın paytaxtı Mahaçqala şəhərində baş verib.

Belə ki, Mahaçqala polisi Dağıstanda yaşayanlardan birini saxlayıb. Bu barədə Rusiyanın istintaq komitəsinə saxlanılan qadının rəfiqəsi Asya Pataxova məlumat verib.

Qadın bildirib ki, onlar Ayşə Əkbərova ilə birlikdə Mahaçqalada ev kirayəyə götürüblər. Avqustun 23-də rəfiqələri qonaq gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları güman edib ki, həmin qadınlar ərazidə hökumətə qarşı döyüşlərdə öldürülən silahlıların dul qadınlarıdır.

Gecə saat 4-də polis əməkdaşı mənzilə hücum çəkib və qadınları tapança ilə hədələməyə başlayıb. Daha sonra polis Pataxova və Əkbərovanın rəfiqəsi Rüstəmovanı silahla təhdid edərək özü ilə polis şöbəsinə aparıb və onu kabinetində zorlayıb. Mahaçqala sakini olan həmin qadın bu gün saat 11-də buraxılıb. Əkbərova və Pataxova isə gecəni hüquq müdafiəçisi Rüstəmovanın evində keçirməli olublar.

“Polis gecə bizim evə basqın edəndə çox sərxoş idi. Bizi tapança ilə hədələyirdi. Bizdən tələb edirdi ki, hicabımızı çıxardaq. Məni Azərbaycan vətəndaşı kimi ölkədən deportasiya etməklə hədələdi. Evdə azyaşlı uşaqların olması da onu durdurmadı”, - deyə Asya Pataxova bildirib.

Qeyd edək ki, şikayətlə bağlı Dağıstan hüquq mühafizə orqanlarının əməkdaşları heç bir açıqlama verilməyib.(ans)


Teqlər:





Xəbər lenti