Yararsız mallar satışdan çıxarılıb

Yararsız mallar satışdan çıxarılıb
  25 Avqust 2014    Oxunub:1540
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Xəzər, Binəqədi, Qaradağ rayonlarında, eləcə də Sumqayıt, Şəmkir, Samux, Mingəçevir, Qubada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Teqlər:





Xəbər lenti