Hərbi Hissələrdə tədbirlər keçirilir - Müdafiə Nazirliyi

Hərbi Hissələrdə tədbirlər keçirilir -  Müdafiə Nazirliyi
  25 Aprel 2013    Oxunub:1537
Heydər Əliyevin anadan olmasinin 90 illik yubileyi ilə əlaqədar bütün hərbi hissə və birləşmələrdə geniş tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq, dünən ulu öndərin vaxtı ilə böyük çətinliklər hesabına ərsəyə gətirdiyi Cəmşid Naxçıvanski adına Hərbi Liseydə «Heydər Əliyev müasir Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısıdır» mövzusunda keçirilən elmi-praktiki konfrans əhəmiyyətinə görə ordumuzun həyatında əlamətdar hadisə kimi yadda qalacaq.

Tədbirdə çıxış edənlər ümummilli liderə belə bir hərbi liseyi yaratdığına görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Gələn həftə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də 90 illik yubileylə bağlı geniş bir tədbirin keçirilməsi nəzərdə tutulur.

Yubileylə əlaqədar Heydər Əliyev Mərkəzinin əsgərlər arasında təşkil etdiyi «Dövlətimi, xalqımı, ailəmi qoruyuram» adlı əsgər məktubları müsabiqəsinə cəlb olunan gənc hərbi qulluqçular öz yaradıcı biliklərini fəal şəkildə nümayiş etdiriblər.

Keçirilən tədbirlərin davamı olaraq mayın ilk günlərində vaxtı ilə ulu öndərin cəbhə bölgəsində ziyarət etdiyi hərbi hissəyə ictimai və incəsənət xadimlərinin, deputatların, ziyalıların, qeyri hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin səfərinin təşkili nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti