“Fənərbaxça” superkuboku qazandı - FOTOLAR

“Fənərbaxça” superkuboku qazandı - FOTOLAR
  26 Avqust 2014    Oxunub:2022
Türkiyənin Manisa şəhərində Türkiyə superkuboku uğrunda keçirilən oyunda “Fənərbaxça” qalib olub.
AzVision.az xəbər verir ki, “Qalatasaray”la baş tutan oyunun 90 dəqiqəsi ərzində hesab açılmayıb. Əlavə vaxtda da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub. “Qalatasaray”ın qapısından 3 qol keçirməyə nail olan “Fənərbaxça” kubokun qalibi olub.

Penaltini dəqiq vuranlar: Olcan Adin ("Qalatasaray"), Dirk Kuyt ("Fənərbaxça"), Raul Meyreleş ("Fənərbaxça"), Burak Yılmaz ("Qalatasaray"), Kadleç ("Fənərbaxça")

Penaltini dəqiq vura bilməyənlər: Səlçuk İnan ("Qalatasaray"), Caner Erkin ("Fənərbaxça"), Felipe Melo ("Qalatasaray"), Mehmet Topuz ("Fənərbaxça"), Yekta Kurtuluş ("Qalatasaray")

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti