Poroşenko parlamenti buraxdı

Poroşenko parlamenti buraxdı
  26 Avqust 2014    Oxunub:1368
Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın vaxtından əvvəl buraxılması barədə qərar verib.
AzVision.az-ın məlumatına görə, bu barədə Poroşenko öz “Twitter”səhifəsində yazıb.

“Əziz həmvətənlər! Mən 7-ci çağırış Ali Radanın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə qərar qəbul etdim” –deyə, Poroşenko yazıb.

Qeyd edək ki, Ukrayna dövlət başçısının müşaviri Oleq Medvedyev bəyan etmişdiki, bu həftə Pyotr Poroşenko Ali Radanın buraxılması ilə bağlı sərəncam imzalayacaq.

Poroşenkonun müşaviri həmçinin bəyan edib ki, sentyabrda yeni və kifayət qədər böyük siyasi və iqtisadi islahatlar paketi açıqlanacaq.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti