İsrail Qəzzanı vurdu
Onlarla bina, ticarət və ofis mərkəzlərinin yerləşdiyi binaya endirilən aviazərbələr nəticəsində ölən və yaralanan fələstinli olmayıb. Buna səbəb İsrail tərəfinin bina sakinlərini aviazərbələr barədə əvvəlcədən xəbərdar etməsidir.
Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.
Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1900-a çatıb. Münaqişə nəticəsində 70 İsrail vətəndaşı öldürülüb.
Eldar Tanrıverdiyev