Obamadan Suriya ilə bağlı mühüm qərar

Obamadan Suriya ilə bağlı mühüm qərar
  26 Avqust 2014    Oxunub:2030
ABŞ prezidenti Barak Obama bun ölkənin kəşfiyyat xidmətlərinə Suriya üzərində kəşfiyyat uçuşları həyata keçirmək barədə razılıq verib.
Bu barədə Azvision.az “Associated Press”-ə istinadən xəbər verib.

Prezidentin bu razılığı İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarının bu ölkədəki mövqelərinə aviazərbələrin endirilməsi üçün verilib.

Qeyd edək ki, Ağ Evin rəsmi nümayəmdəsi ABŞ prezideninin İŞİD-in Suriyadakı mövqelərinə aviazərbələr endirilməsi barədə qərar vermədəyini bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti