Dəhşətli gəmi qəzası: 200 ölü

Dəhşətli gəmi qəzası: 200 ölü
  26 Avqust 2014    Oxunub:2086
Liviyada Afrika əsilli qanunsuz miqrantların olduğu gəmi qəzaya uğrayıb.
AzVision.az əbər verir ki, qəza nəticəsində ölənlərin sayı 200-ə çatıb.

Hərbi dəniz qüvvələrinin sözcüsü Əyyub Qasım bildirib ki, qəzada həlak olanların cəsədlərinin axtarışı davam edir: “Gəmidə dəqiq neçə miqrantın olduğu bilinmir və ölənlərin sayının artacağı gözlənilir”.

Ə.Qasım vurğulayıb ki, bəzi cəsədlərin şəxsiyyəti məlum olmadığından heç kim onları götürmür. Sadəcə dərilərinin rəngindən afrikalı olduqları bilinir.

Ə.Qasım həmçinin hökuməti və beynəlxalq qurumları Avropaya qaçan Afrika əsilli qanunsuz miqrantları diqqətdə saxlamağa çağırıb.

Gəminin ağır yükə görə batdığı ehtimal olunur.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti