Süleyman Dəmirəl istintaqa çağırıldı

Süleyman Dəmirəl istintaqa çağırıldı
  26 Avqust 2014    Oxunub:1736
Türkiyədə “28 Fevral” hadisələri ilə bağlı 103 şübhəlinin mühakimə olunduğu məhkəmədə eks-prezident Süleyman Dəmirəl də şahid olacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Süleyman Dəmirələ vəkili vasitəsilə məhkəmə tərəfindən bildiriş göndərilib və qeyd olunub ki, dövlət çevrilişinə cəhddə günahlandırılan şübhəlilər, təqaüdçü general İsmayıl Haqqı və yoldaşları ilə bağlı məhkəmə prosesində sabiq prezident iştirak etməlidir.

Vəkil onu da əlavə edib ki, bildirişdə bunlar da qeyd olunub:

`Prezident öz istəyi ilə şahidlikdən çəkilə bilər. Şahidlik etmək istəsə onun açıqlaması evində də alına bilər və ya yazılı halda da göndərilə bilər".


Teqlər:





Xəbər lenti