İran İŞİD-ə qarşı kürdləri silahlandırır

İran İŞİD-ə qarşı kürdləri silahlandırır
  26 Avqust 2014    Oxunub:1470
İran tərəfi İraqın şimalında İŞİD yaraqlılarına qarşı mübarizə aparan kürdlərə silah və sursat ötürüb.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə İraq Kürdüstanın rəhbəri Masud Bərzani bildirib.

“Biz silah istədik və İran bizə silah satan ilk ölkələrdən biri idi” – deyə, Məsud Bərzani İran XİN-in rəhbəri Cavad Zəriflə vilayətin paytaxtı Ərbildə keçirilən görüşdə bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti