Başı kəsilən jurnalist haqda ilginc iddia

Başı kəsilən jurnalist haqda ilginc iddia
  26 Avqust 2014    Oxunub:2023
İŞİD tərəfindən başı kəsilərək öldürülən Amerikalı jurnalist Ceyms Folenin ölümüilə bağlı yeni iddialar ortaya çıxıb.
AzVision.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin nümayəndəsi Butayna Şaban jurnalistin bu il deyil, ötən il öldürüldüyünü iddia edib.

İngilis “Daily Mail”-in xəbərinə görə, Butayna Şaban açıqlamasında Ceyms Folenin Azad Suriya Ordusu tərəfindən yaxalandığını, daha sonrasa İŞİD-ə satıldığını bildirib.

Ceyms Fole ötən il öldürülüb. Bu il isə o öldürülən an çəkilən video paylaşılıb. Butayna Şaban bu barədə əllərində dəqiq faktların olduğunu və bu məlumatların BMT-nin bildiyinə də diqqət çəkib.

Amma Ceyms Folenin dostları, ailə üzvləri və jurnalistin çalışdığı “Global Post”un rəhbəri Fil Balboni Butayna Şabanın açıqlamalarını yalanlayıb.

Emin


Teqlər:





Xəbər lenti