Erməni mahnısı oxuduğu iddia olunan müğənni danışdı

Erməni mahnısı oxuduğu iddia olunan müğənni danışdı
  27 Avqust 2014    Oxunub:3645
Müğənni ittihamlara cavab verdi.
Bəstəkar-müğənni Nurlan Təhməzlinin bugünlərdə klipini təqdim etdiyi "Gəl, evlənək" mahnısı böyük səs-küyə səbəb olub. Belə ki, musiqisi özünə, sözləri Zülfi Bədəlova aid bu mahnının erməni mahnısı olduğunu iddia və buna görə müğənnini ittiham edənlər tapıldı. İfaçı isə öz növbəsində bu ittihamlara qarşı çıxdı:

“Bu, erməni mahnısı deyil! Musiqidən anlayışı olan hər kəs mahnıya qulaq asarkən bunu təsdiqləyəcək. Bu mahnını şəxsən özüm, milli rəqs havalarımızdan ilhamlanaraq yazmışam. Bəzi dinləyiciləri çaşdıran məqam isə, mahnının sonunda dediyim - “Bay, bay, bay” ifadəsidir. Nədənsə, bəziləri bunu ermənisayaq “Vay, vay”la səhv salıblar. Klipə diqqətlə baxanlar buna əmin ola bilər” – deyə, Nurlan Təhməzli ittihamçıları diqqətli olmağa çağırdı.

Səs-küyə səbəb olan həmin mahnı və klipi sizə təqdim edirik:






Teqlər:





Xəbər lenti