Poroşenko Putinlə görüşür

Poroşenko Putinlə görüşür
  27 Avqust 2014    Oxunub:2220
Minskdə Ukrayna – Avropa ittifaqı – "Avrasiya üçlüyü" (Rusiya, Belarus, Qazaxıstan) formatda görüş başlanıb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu haqda görüşdə iştirak edən Ukrayna prezidenti Petro Poroşenko bildirib.

"Bu gün Minskdə, sözsüz, dünyanın taleyi və Avropanın taleyi həll edilir. Məhz mən bizim görüşümüzün potensialını belə qiymətləndirirəm. Biz birlikdə düzgün qərar tapmalıyıq. Mən istərdim ki, bugünkü görüş nəticəsində biz bir neçə ən əhəmiyyətli qərar çıxaraq, hər şeydən əvvəl, müstəqilliyin və bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşaq", - deyə Poroşenko vurğulayıb.

Ukrayna prezidenti görüşdə iştirak etdikləri üçün bütün iştirakçılara təşəkkürünü bildirib.

Minskdə keçirilən görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak edir.

Görüşdə həmçinin Avropa diplomatiyasının başçısı Ketrin Eşton və avropa komisaarları Hünter Ettinqer və Karl de Quxt iştirak edirlər.

Tərəflər bu görüşdə Donetskdə hərbi münaqişənin həllinə nail olmaq, həmçinin Avropa Birliyi ilə Ukrayna arasında energetika və ticarət münasibətləri sahəsində danışıqlar aparmaq niyyətindədir.


Teqlər:





Xəbər lenti