Ərdoğandan Gülən mətbuatına qadağa
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurultaya Fəthullah Gülənə yaxın kütləvi informasiya vasitələrinin girişinə qadağa qoyulub.
`Sözcü` qəzetinin də arasında olduğu bəzi mətbuat qurumlarının qurultayda akkreditasiyasına icazə verilməyib.
AKP-nin qurultayında `Yeni Çağ`, `Birgün`, `Aydınlıq`, `Xalq TV`, `Beynəlxalq Kanal`, eyni zamanda `Bugün TV`, `Samanyolu Xəbər`, `Kanal Türk TV`, `Zaman` qəzeti və `Cihan` agentliyi iştirak edəcək.
Sevinc İltifatqızı