Ərdoğan tərəfdarlarından halallıq istədi

Ərdoğan tərəfdarlarından halallıq istədi
  27 Avqust 2014    Oxunub:1360
Türkiyənin yeni seçilən prezidenti hakim Ədalət və İnkişaf Partiyasının qurultayından əvvəl çıxış edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan tərəfdarlarına xitabən bildirib ki, onun partiya sədrliyindən getməsi vida deyil:

“Bunu bilməyinizi istəyirəm ki, bizim bu çıxışımız missiya dəyişikliyi deyil, sadəcə ad dəyişikliyidir. Və əsla vida deyil”.

Daha sonra Ərdoğan bildirib ki, yeni hökümət cümə günü qurulacaq: “Partiya sədri və baş nazir Əhməd davudoğlu oldu. Sabah da prezident andiçməs mərasimi keçirildikdən sonra, bütün işimiz yeni höküməti qurmaq olacaq. Cümə günü yeni kabineti quracağıq”,-deyə Ərdoğan əlavə edib.

Ərdoğan tərəfdarlarından halallıq istəyib:

“Haqqınızı mənə halal edirsinizmi? Mən sizə haqqımızı halal edirəm”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti