Məmmədyarov Nalbadyanla Krakovda görüşəcək

 Məmmədyarov Nalbadyanla Krakovda görüşəcək
  25 Aprel 2013    Oxunub:1354
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü Polşanın Krakov şəhərində baş tutacaq.
“Rəsmi Moskva Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş görmür”. Bunu erməni həmkarı Edvard Nalbadyanla görüşün yekunlarına dair mətbuat açıqlama verən Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Lavrovun fikirləri ilə razılaşan Nalbadyan hazırki durumun dalana dirəndiyini bildirib.

“Yaxın günlərdə, mayın əvvəllərində xarici işlər nazirlərinin növbəti görüşü, Krakovda baş tutacaq. Daha yüksək səviyyədə görüşlərin keçirilməsi də istinsna edilmir”,-deyə Nalbadyan jurnalistlərə açıqlamasında deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti