Ermənistanın `yeni SSRİ` planı oktyabra qaldı

Ermənistanın `yeni SSRİ` planı oktyabra qaldı
  27 Avqust 2014    Oxunub:2808
Ermənsitanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə məsələ oktyabrda müzakirə ediləcək.

AzVision.az-ın məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazabayev Belarusun paytaxtı Minskdə keçirilən sammitin yekunları barədə jurnalistlərə açıqlamasında bildirib.

Nazarbəyovun sözlərinə görə, Minsk sammiti çərçivəsində Gömrük İttifaqı ölkələri ayrıca görüş keçirib. Tərəflər bu ilin oktyabrın 10-da Minskdə növbəti görüşün keçirilməsi barədə razılığa gəlib. Məhz bu görüşdə Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsinin müzakirə edilməsi planlaşdırılır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti