AŞPA-da görüş olub

AŞPA-da görüş olub
  25 Aprel 2013    Oxunub:1400
Azərbaycan və Ermənistan nümayəndə heyəti rəhbərlərinin görüşü olub
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dünən keçirilən plenar iclasından sonra AŞPA sədri Jan-Klod Minyonun iştirakı ilə onun iş otağında Azərbaycan və Ermənistanın nümayəndə heyətləri rəhbərləri Səməd Seyidov və David Arutyunyan arasında görüş keçirilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bu məsələdə AŞPA-da hər iki ölkənin nümayəndə heyətləri arasında təmasların vacib olduğu qeyd olunub.

Qurumda hər iki ölkənin nümayəndə heyətləri rəhbərləri və üzvləri arasında dialoqun davam etdirilməsi zəruriliyi bir daha vurğulanıb.

Bundan başqa, AŞPA sədri bu yaxınlarda hər iki ölkəyə səfər edəcəyini də bildirib.(apa)


Teqlər:  





Xəbər lenti