Müsəlman xanım Zukerberqdən 123 milyon dollar istədi

Müsəlman xanım Zukerberqdən 123 milyon dollar  istədi
  27 Avqust 2014    Oxunub:2343
Məryəm Əli adlı 28 yaşlı qadın “Facebook” şirkətini məhkəməyə verərək şirkətdən 123 milyon dollar tələb edib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Məryəm adlı qadın “Facebook” sosial şəbəkəsinin ona mənəzi zərər vurduğunu iddia edir. Onun sözlərinə görə, bu yaxınlarda o, sosial şəbəkədəki səhifələrdən birində öz saxta çılpaq şəkillərini görüb.

Onun sözlərinə görə, bu fotolar “Photoshop” proqramı vasitəsilə yaradılıb.

“Facebook” sosial şəbəkəsindən tələb olunan kompensasiyanı Məryəm belə izah edib: Bu sosial şəbəkədə 1,23 milyard istifadəçi var və mən onların hər birindən 10 sent istəyirəm .

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti