Kaliforniya “Qarabağ”ın müstəqilliyini tanıdı

Kaliforniya “Qarabağ”ın müstəqilliyini tanıdı
  28 Avqust 2014    Oxunub:2680
ABŞ-ın Kaliforniya ştatının Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması haqqında qətnaməni qəbul edib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Qətnamədə həmçinin ABŞ prezidenti və Konqresin “Dağlıq Qarabağı”ın müstəqilliyini tanımaq və onu dəstəkləmək çağırışı da öz əksini tapıb.

Qeyd edək ki, Kaliforniya Dövlət Assambleyası bu ilin may ayının 8-də “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul edib. Bu növ qanun layihəsi Kaliforniya Dövlət Assambleyası tarixində ilk dəfə olaraq qəbul olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti