İrandan Fələstinə qələbə təbriki

İrandan Fələstinə qələbə təbriki
  28 Avqust 2014    Oxunub:1498
İranın Xarici İşlər Nazirliyi Fələstin liderlərini və xalqını 7 həftə davam edən müharibədə İsraili uğratdığı məğlubiyyət münasibətilə təbrik edib.
İrax XİN-in yaydığı bəynatda müqavimətin fələstinlilərin pozulmuş hüquqlarını bərpa olunması üçün yeganə yol olduğunu bildirib.

İran diplomatlarının sözlərinə görə, Qəzza sektoru sakinləri İsraillə qeyri-bərabər döyüşdə qələbə qazanıb.

Qeyd edək ki, çərşənbə axşamından etibarən İsrail və Fələstin arasında uzunmüddətli atəşkəs barədə saziş qüvvəyə minib.

Fələstinin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əşrəf Əl Kudrinin sözlərinə görə, İsrail ordusunun iyun ayının 8-dən etibarən Qəzza sektorunda apardığı hərbi əməlliyyatlar nəticəsində 2135 fələstinli öldürülüb, 10198 nəfər isə yaralanıb. Ölənlərdən 578-i uşaq, 261-i isə qadındır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti