İdmançılarımız Olimpiyadada 5 qızıl medal qazanıb

İdmançılarımız Olimpiyadada 5 qızıl medal qazanıb
  28 Avqust 2014    Oxunub:1903
5 qızıl, 6 gümüş və 1 bürünc
Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edirdi. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş/yunan–roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cü yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir.

21 idmançıdan 12 idmançı medalla vətənə qayıdır.

Qızıl medal alan idmançılar:
1.Səid Quliyev (73 kq)- taekvando
2.İslambek Dadov (69 kq)- yunan roma
3.Rüfət Hüseynov (49 kq)- boks
4.Teymur Məmmədov (63 kq)– sərbəst güləş
5.İqbal Hacızadə (100 kq)- sərbəst güləş



Gümüş medal:

1. Leyla Əliyeva (44 kq)- cüdo

2. Natiq Qurbanlı (55 kq)- cüdo

3. Ceren Ozbek (44 kq)- Taekvando

4. Baris Yotov - avarçəkmə ( 1 nəfərlik qayıq)

5. Cabbar Nəcəfov (50 kq)- yunan roma güləşi

6. Leyla Qurbanova (52 kq)- qadın güləşi



Bürünc:

Nazim Babayev- atletika (3 təkanla tullanma)



Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya oyunlarına nəzər salsaq bu oyunlarda Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə iştirak etmişdir. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-cü yeri tutmuşdur. Eyni zamanda Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olmuş, ümumi hesabda İslam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutub.


Teqlər:  





Xəbər lenti