Merkel Putindən izahat tələb etdi

Merkel Putindən izahat tələb etdi
  28 Avqust 2014    Oxunub:2301
Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putindən bu ölkəyə məxsus olan hərbçilərin Ukraynada saxlanılması faktını izah etməyi tələb edib.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Merkel Rusiya liderinə zəng edib.

Almaniya kansleri xatırladıb ki, Rusiya Ukraynadakı gərginliyin qızışdırılmasına görə, məsuliyyət daşıyır və o sərhədlərinə nəzarət etməlidir.

Qeyd edək ki, avqustun 26-da Ukrayna Təhlükəsizlik Xidməti Ukraynanın şərqində 10 silahlı Rusiya əsgərinin saxlanıldığını bəyan edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti