İŞİD neft yataqlarını yandırır

İŞİD neft yataqlarını yandırır
  28 Avqust 2014    Oxunub:1665
“İraq və Şam İslam Dövləti” (İŞİD) yaraqlıları İraqın şimalında tərk elədikləri ərazilərdəki üç neft yataqlarını yandırır.
Bu barədə AzVision.az “The Daily Star” qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, son aylar ərzində İŞİD yaraqlıları Suriya və İraq ərazisində bir neçə neft yataqları ələ keçirib. Analitiklər hesab edirlər ki, İŞİD nüyaəndələri xam nefti “qara bazar”da öz qiymətindən iki dəfə aşağı satırlar. İraq və Şam İslam Dövləti yaraqlıları neftin “qara bazar”da satışından gündə 3 milyon dollar qazanır.

Bu ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti