İŞİD 160 əsgəri edam etdi

İŞİD 160 əsgəri edam etdi
  28 Avqust 2014    Oxunub:3164
İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlıları 160-dan çox Suriya əsgərini edam edib.
AzVision.az-ın “Frans Press” agentliyinə istinadən xəbər verir ki, bu əsgərlər ölkənin şimalında aviabazaya hücum zamanı ələ keçirilib.

“İŞİD dünən gecə və səhər saatlarında Rakka vilayətində 160-dan çox Suriya əsgərini edam edib” –deyə, Suriya İnsan haqqları Mərkəzinin rəhbəri Rabi Abdel Rəhman bildirib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti