“Qisasımızı aldıq...” – Qurban Qurbanov

“Qisasımızı aldıq...” – Qurban Qurbanov
  29 Avqust 2014    Oxunub:1894
“Biz beş il öncəki qisasımızı "Tvente"dən ala bildik”.
AzVision.az xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Ötən gün Hollandiyada tarixi qəlbəyə imza atan Q.Qurbanov oyunçuları ilə fərx etdiyini bildirib.

"İlk növbədə "Tvente"ni təbrik etmək istərdim. Yaxşı komandadı, güclü oyunçuları var. Müəyyən mənada biz beş il öncəki qisasımızı ala bildik. Amma biz bu haqda az düşünürdük. Sadəcə, növbəti mərhələyə adlamaq istəyirdik. Oyunçularımla fəxr edirəm. Artıq növbəti oyunlarımız haqda düşünəcəyik".

Qeyd edək ki, ötən gün Ağdamın “Qarabağ” komandası futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Hollandiyanın “Tvente” kollektivi ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da komandamız turnirin qrup mərhələsinə adlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti