Prezident rektora "Şöhrət" ordeni verdi

Prezident rektora "Şöhrət" ordeni verdi
  25 Aprel 2013    Oxunub:1922
Azərbaycan Prezidenti İlham Əliyev Urxan Ələkbərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında elmin və təhsilin inkişafındakı xidmətlərinə görə Urxan Kazım oğlu Ələkbərov "Şöhrət" ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorudur.


Teqlər:  





Xəbər lenti