İlham Əliyev Rumıniya heyətini qəbul edib

İlham Əliyev Rumıniya heyətini qəbul edib
  25 Aprel 2013    Oxunub:1498
Azərbaycan prezidenti İlham Əliyev aprelin 25-də Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan və Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini deyib. Əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi bazanın mövcud olduğunu qeyd edən İlham Əliyev ölkələr arasında strateji tərəfdaşlıq haqqında imzalanmış sənədin önəmini xüsusi vurğulayıb. Münasibətlərin əsl dostluq və strateji tərəfdaşlıq münasibətləri olduğunu söyləyən dövlət başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Rumıniyanın xarici işlər naziri Titus Korlateanın Azərbaycana səfərinin ikitərəfli və regional əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Titus Korlatea isə ölkəsinin Azərbaycanla ikitərəfli əməkdaşlığı bütün sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu deyib.



Teqlər:





Xəbər lenti