Məşhur film festivalında Qarabağ qalmaqalı - VİDEO

Məşhur film festivalında Qarabağ qalmaqalı - VİDEO
  30 Avqust 2014    Oxunub:8823
Bu il Kosova Respublikasında təşkil edilən 13-cü “Prizren” film festivalında ermənilərə görə xoşagəlməz olay yaşanıb.

AzVision.az-ın məlumatına görə, festivalda erməni filmləri nümayiş etdirilib, hətta bu filmlər üçün “Ermənistan perspektivi” adlı xüsusi bölüm yaradılıb. Lakin, bu filmlərin nümayişi festival təşkilatçılarına baha başa gəlib.

Belə ki, festivalda nümayiş olunan Niqol Bezjiyanın “Ayaqqabılarım İstanbulda qaldı” adlı filmdə qondarma erməni soyqırımından, Vardan Hovhannisyanın “Müharibə və sülh içində olan insanların hekayəsi”ndə isə Dağlıq Qarabağdan bəhs edilib.

Lakin, erməni filmlərinin bu mövzudan bəhs etməsini eşidən “Türk Hava Yolları” şirkəti sponsorluq etməkdən imtina edib və festivalın təşkilatçılarına isə bu barədə izahat verməyib.

Hava yollarının sponsorluqdan imtina etməsi festivalın təşkilatçılarını ziyana salıb. Onlar festivala gələn qonaqların hamısının Kosovaya gediş-gəliş xərclərini özləri ödəyib.

Qeyd edək ki, Türk Hava Yolları aşağıda təqdim etdiyimiz filmlərə görə festivala sponsorluq etməkdən imtina edib:





Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti