İŞİD qadınları `seks cihadı`na çağırdı

İŞİD qadınları `seks cihadı`na çağırdı
  30 Avqust 2014    Oxunub:23320
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının cihad çağırışları Qərb və Asiya ölkələrini hərəkətə keçməyə məcbur edib.
AzVision.az xəbər verir ki, İŞİD-in qadınları cihada çağırması bir çox ölkələrdə həyəcan təbilinin çalınmasına səbəb olub. İŞİD qadınları “nikah cihadı”na çağıraraq döyüşçülərinin cinsəl tələbatını ödəməyə çalışır.

Malayziyada aparaılan araşdırma nəticəsində məlum olub ki, 3 malayziyalı qadın türkiyə sərhədindən Suriyaya keçərək seks cihadına qoşulub. Malayziya kəşfiyyatı ingilis və avstraliyalı qadınlarn da Suriyaya getdiyini bildirib.

“New York Times” isə Suriyaya gedənlər arasında amerikalı qadınların da olduğunu qeyd edib. Suriyaya gedən qadınlar “nikah cihadına” daxil olaraq döyüşçülərlə cinsi əlaqəyə girir.

Qeyd edək ki, İŞİD-in qadınlardan ibarət “Əl Hansa” adlı birliyi var. Yanvar ayından yaradılan dəstə ələ keçirlilmiş bölgələrdə qadınların şəriət qaydalarına riayət edib-etmədiyinə nəzarət edir.

Emin


Teqlər:





Xəbər lenti