Abdulla Gül prokurorluqda dindiriləcək

Abdulla Gül prokurorluqda dindiriləcək
  30 Avqust 2014    Oxunub:2836
Türkiyənin 11-ci prezidenti Abdulla Gül keçmiş baş nazir Nəcməddin Ərbakanın hakimiyyəti dövründə baş verən “İtmiş trilyon” iddiası ilə bağlı prokurorluqda ifadə verəcək.
AzVision.a Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Gül bu məsələ ilə bağlı vəkillərinə tapşırıqlar verdiyini deyib.

“Artıq xidmət müddətim başa çatıb.Münasib vaxtda vəkillərimi prokurorluğa göndərəcəm, ifadə vermək üçün vaxt təyin edilməsini xahiş edəcəyəm”.

Qeyd edək ki, Türkiyənin Konstitusiya Məhkəməsi 1998-ci ildə Rifah Partiyasının bağlanması barədə qərarından sonra partiya rəhbərliyinin Xəzinə yardımını dövlətə geri verməyini tələb etmişdi. Buna baxmayaraq Rifah partiyası həmin pulun xərcləndiyini bildirərək geri qaytarmamışdı.

Araşdırmalardan sonra isə pulun təxminən 1 trilyonluq hissəsinin əslində xərclənmədiyini, saxta sənədlər vasitəsilə xərclənmiş kimi təqdim edildiyi məlum olmuşdu.

Fatimə


Teqlər:





Xəbər lenti