Ukrayna təyyarəsi qəzaya uğradı

Ukrayna təyyarəsi qəzaya uğradı
  31 Avqust 2014    Oxunub:1506
Ukraynaya məxsus AN-12 yük təyyarəsi Əlcəzairdə qəzaya uğrayıb.
AzVision.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, "Ukrayna-Aeroalyans" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ukraynalılardan ibarət 7 nəfərlik ekipaj həlak olub.

Tamanrasset (Əlcəzair) - Malabo (Ekvatorial Qvineya) marşrutu üzrə uçan təyyarə neft avadanlıqları daşıyırmış. Qəzanın səbəbləri araşdırılır.


Teqlər:





Xəbər lenti