Putin Qərbi rus silahı ilə hədələdi

Putin Qərbi rus silahı ilə hədələdi
  31 Avqust 2014    Oxunub:2887
Rusiyanın Tver bölgəsində təşkil edilmiş "Seliger-2014" gənclik forumunda danışan Rusiya dövlət başçısı Vladimir Putin Qərb ölkələrinə Rusiyanın nüvə gücünü xatırladıb və "Bizimlə qarşıdurmaya girməmək ən yaxşısı olar" deyə təhdidedici mesaj göndərib.
Rəsmi Kiyevi Cənub-Şərqi Ukraynada Donbas nümayəndələri ilə müzakirələrə başlamağa məcbur etməyin lazım olduğunu ifadə edən Putin "Müasir mədəni qaydalar çərçivəsində insanların qanuni hüquqları və maraqları nəzərə alınmalı" deyərək bunun ardından təhlükəsizlik və sərhəd məsələlərinin daha asan danışılacağını qeyd edib.

Rusiya dövlət başçısı ölkəsinin qarşıdurmalara girmək istəmədiyini və planlaşdırmadığını, ancaq bütün hücumları dəf etməyə hazır olduğunu açıqlayıb.

Putin kimsənin Rusiya ilə qarşıdurmaya getməyi ağlının ucundan keçirəcəyinə inanmadığını deyib: "Rusiya hər hansı böyük bir qarşıdurmaya girməkdən uzaqdır. Bunu istəmirik, bunu etməyi də düşünmürük, lakin buna baxmayaraq hər zaman Rusiyaya qarşı bütün hücumları dəf etməyə də hazırıq. Ölkələr nə vəziyyətdə olursa olsun, hansı xarici siyasət anlayışına uyğunlaşırsa uyğunlaşsın, hər zaman bizimlə qarşıdurmanın onlar üçün pis olacağını bilmələri lazımdır. İndiki vaxtda Rusiyaya qarşı böyük bir qarşıdurma başlamaq fikrinin kimsənin ağlının ucundan belə keçmədiyini düşünürəm".

Putin Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu da xatırladıb. O, ABŞ və Avropa ölkələrinin Ukraynada iqtidarın zorla dəyişdirilməsinə siyasi dəstəyinin və iştirakının ölkə xalqının narazılığına yol açdığını qeyd edib. Rusiya lideri "İndi Cənub-Şərqi Ukraynanın bu narazılığı döyüş təyyarələri, toplar, raket və tanklarla kobudcasına basdırılmaya çalışılır" deyə bildirib.

Rusiya dövlət başçısı "Əgər müasir Avropa dəyərləri budursa, onda mən gözləmədiklərimi yaşayıram" deyə bildirib.


Teqlər:





Xəbər lenti