Azərbaycanlı qız rusları qorxuya saldı

Azərbaycanlı qız rusları qorxuya saldı
  31 Avqust 2014    Oxunub:4999
“S7” aivaşirkətinin 3299 saylı “Novosibirsk-Bakı” təyyarəsi bazar günü, yerli vaxtla saat 10:40-da Sibirin paytaxtından uçuş etməli idi.
AzVision.az Oxu.Az-a istinadən xəbər verir ki, sərnişinlər təyyarənin göyərtəsində olduğu zaman xoşagəlməz hadisə baş verib.

“Sərnişinlər eşidiblər ki, Azərbaycan vətəndaşı olan 21 yaşlı qız kiməsə telefonla təyyarəni partladacağını dedi. İnsanlar qorxdular və dərhal bu barədə stüarda məlumat verdilər”, - deyə, Rusiya DİN-nin Sibir Federal Dairəsinin Terrorizm İdarəsindən bildiriblər.

Bundan sonra, polislər sərnişinlərin özləri ilə götürdükləri bütün yükləri yoxlayıblar və buna görə də, təyyarənin uçuşu 2 saat gecikib.

Düzdür, sonradan qız polisə bildirib ki, sərnişinlər onu düzgün başa düşməyiblər.

O deyib ki, telefonla bacısı ilə mübahisə edirmiş və bu zaman əsəbi halda belə cümlə işlədib.


Teqlər:





Xəbər lenti