Koçaryan Ermənistan haqqında bədbin danışdı

Koçaryan Ermənistan haqqında bədbin danışdı
  01 Sentyabr 2014    Oxunub:2839
Ermənistanın sabiq prezidenti Robert Koçaryan ölkəsinin gələcəyi ilə bağlı bədbin danışıb.
Rusiyada dərc olunan “Nuhun Gəmisi” qəzetinə verdiyi müsahibəsində Koçaryan bildirib ki, Ermənistan iqtisadiyyatı böyük neqativ gözləntilər zolağına daxil olub.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının indiki vəziyyəti və gələcək perspektivləri haqda optimist düşünmək üçün nə daxili, nə də xarici səbəbləri var:

"Əksinə, son vaxtlar qlobal iqtisadiyyata yeni təhlükələr çıxıb. Qərbin və Rusiyanın qarşlıqlı sanskiyaları dünya iqtisadiyyatına necə təsir edəcək, buna Rusiya iqtisadiyyatı necə reaksiya verəcək, bütün bunlar nə qədər davam edəcək - bunların təsirini hələ qiymətləndirmək lazımdır".

Sabiq prezident Ermənistanın Avrasiya İttifaqına daxil olacağı təqdirdə, İran və Gürcüstanla olan ticarət əlaqələrinin prespektivinin necə olacağı da sual altına düşəcəyini bildirib.

Koçaryan Ermənistan iqtisadiyyatı üçün çıxış yolunun inhisarlaşmanın aradan götürülməsindən keçdiyini bildiriməklə yanaşı iqtisadiyyatda sağlam rəqabətin yaradılmasının zəruri olduğunu da qeyd edib:

"İqtisadiyyatı inhisarlardan azad etmək lazımdır, nüfuzlu məmurların və qohumlarının geniş biznes şəbəkəsinə sahib olmasının qarşısı alınmalıdır. Bunsuz mümkün deyil. Cəmiyyətə aydın siqnal vermək lazımdır ki, sahibkarlıq fəaliyyəti dövlət tərəfindən dəstəklənəcək. Şəxsi maraqları bir neçə illiyə arxa plana keçirmək lazımdır. Bu maraqları ümumiyyətlə unutsalar, lap yaxşıdır”.

Qeyd edək ki, Koçaryan 10 illik prezidentliyi dövründə Ermənistan iqtisadiyyatının hazırkı vəziyyətə düşməsinin əsasını qoyub. Məhz onun hakimiyyətdə olduğu zaman tutduğu işğalçı mövqe Ermənistanın bütün regional layihələrdən təcrid olunmasına gətirib çıxartdı. Serj Sarkisyanda onun yolunu davam etdirdiyi üçün Ermənistanda iqtisadi və sosial vəziyyət ilbəil ağırlaşır. Yerli əhali də sürətlə Ermənistanı tərk edir... (anspress)


Teqlər:





Xəbər lenti