Türkmən qəsəbəsi İŞİD-dən geri alındı

Türkmən qəsəbəsi İŞİD-dən geri alındı
  01 Sentyabr 2014    Oxunub:1391
İraqda türkmənlərin yaşadığı Amerli 80 gündən sonra İŞİD qruplaşmasnın nəzarətindən çıxıb. 20 min nəfər türkmənin yaşadığı qəsəbə yenidən İraq ordusunun nəzarətinə keçib.
Məlumata görə, İraq Silahlı Qüvvələri keçirdikləri hərbi əməliyyat sayəsində Amerlini terror qruplaşmasından azad edə biliblər. Əməliyyata ABŞ da havadan dəstək verib.

İraq ordusu qəsəbənin ətrafındakı Həbəş, Lokum, Hafriyə və Yengice kəndlərini də İŞİD-in nəzarətindən çıxara bilib.

Məlumatda İŞİD-in çoxlu itki verərək geri çəkildiyi qeyd olunur.(APA)


Teqlər:





Xəbər lenti