Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək – Lavrov

Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək – Lavrov
  01 Sentyabr 2014    Oxunub:1762
Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Ukraynadakı münaqişəyə hərbi müdaxilə etməyəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Lavov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda çıxışı zamanı bildirib.

“Ukraynadakı münaqişəyə hərbi müdaxilə edilməyəcək. Biz bu faciəli münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq” – deyə, Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün əlindən gələni edir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti