MTRŞ sədri reklam olunan dərmanlardan danışdı

MTRŞ sədri reklam olunan dərmanlardan danışdı
  26 Aprel 2013    Oxunub:1624
”Dərman və tibb ocaqlarının reklam olunması ilə bağlı məsələ Səhiyyə Nazirliyinə aiddir”.
Milli Televiziya və Radio Şurasının sədri Nurşirəvan Məhərrəmli televiziyalarda reklam olunan dərmanlar barədə danışıb. Şura sədri jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyindən onlara dərman peraparatlarının siyahısı göndərilməyib:

”Bununla bağlı rəy Səhiyyə Nazirliyi tərəfindən verilməlidir. Nazirlik eyni zamanda, tibb müəssisələri ilə bağlı da bizə rəyini bildirməlidir. Belə ki Səhiyyə Nazirliyi dövlət qeydiyyatından keçən tibb müəssisələrinin siyahısını MTRŞ-ya təqdim etməlidir”.

N. Məhərrəmli onu da bildirib ki, MTRŞ televiziyada gedən hər bir reklamla bağlı araşdırma apara bilməz. “Ola bilsin ki, reseptsiz dərmanlar da reklam olunur. Dərman və tibb ocaqlarının reklam olunması ilə bağlı məsələ Səhiyyə Nazirliyinə aiddir”-deyə, MTRŞ sədri vurğulayıb.

Anar


Teqlər:  





Xəbər lenti