Ulduz futbolçu “Arsenal”a keçdi

London təmsilçisi İngiltərə millisinin 23 yaşlı futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb.
Məlumata əsasən, “Arsenal” Uelbeklə «4+1» sxemi ilə müqavilə imzalayacaq. Oyunçunun özü həftəyə 100 min funt sterlinq qazanacaq. “Arsenal” oyunçunun transferinə görə, “Mançester Yunayted”ə 16 milyon funt sterlinq ödəyib.
Eldar Tanrıverdiyev