İŞİD Bağdadı vurdu: 18 ölü

İŞİD Bağdadı vurdu: 18 ölü
  02 Sentyabr 2014    Oxunub:2483
İraqın paytaxtı Bağdada iki terror aktı törədilib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən, hadisə nəticəsində 18 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Yerli rəhbərliyinin bildirdiyinə görə, terror aktlarını İŞİD yaraqlıları törədib. Ötən gün BMT İŞİD yaraqlılarının törətdiklərini insanlığa qarşı cinayət adlandırıb.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti