“Bunu özəl kanallara həvalə edə bilmərik”

“Bunu özəl kanallara həvalə edə bilmərik”
  26 Aprel 2013    Oxunub:1010
“İxtisaslaşmış kanalların yaranması o qədər də asan məsələ deyil. Bizim kimi ölkələrdə bu cür praktikaya çox az rast gəlinir”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MTRŞ sədri Nurşirəvan Məhərrəmli deyib.

Şura sədri bildirib ki, Azərbaycanda idmana və mədəniyyətə yüksək qayğı göstərildiyi üçün bu cür kanallar yaradılıb. “Dövlət uşaq kanalı üçün maliyyə vəsaiti ayırarsa, biz də bunu uğurla həyata keçirərik”.

MTRŞ sədri qeyd edib ki, uşaq kanalı ilə bağlı məsələni həvəskarlara həvalə edə bilmərik. Yəni bu iş özəl şirkətlərin və özəl televiziyaların öhdəsinə verilə bilməz.

Anar


Teqlər:  





Xəbər lenti