Ukrayna qanlı müharibə: 15 ölü, 49 yaralı

Ukrayna qanlı müharibə: 15 ölü, 49 yaralı
  02 Sentyabr 2014    Oxunub:1996
Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin 15 əsgəri öldürülüb.
AzVision.az “UNAİN”a istinadən verdiyi xəbərə görə, son 24 saat ərzində 15 Ukrayna hərbçisi öldürülüb, 49 nəfər isə yaralanıb.

Bu barədə Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko məlumat verib.

Qeyd edək ki, ötən gündən etibarən Donbass vilayəti uğrunda Ukrayna ordusu və separatçılar arasında qanlı döyüşlər gedir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti