Berti Foqts: `Məni ancaq qələbə qane edir`

Berti Foqts: `Məni ancaq qələbə qane edir`
  02 Sentyabr 2014    Oxunub:1432
"Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək". Bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Moskvada mətbuat konfransında deyib.
O, qeyd edib: "Rusiyalı dostlara minnətdarlığımı bildirirəm ki, seçmə oyun öncəsi bizə yoldaşlıq görüşü keçirməyə şərait yaratdılar. Şadıq ki, Rusiya sabahkı oyundan sonrakı 2 il müddətində Bakıya gəlməlidir. İki federasiya arasında belə razılıq əldə olunub".

AzVision.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Foqts bu oyunun Rusiya yığması üçün də ciddi sınaq olduğunu vurğulayıb: "Çünki bizimlə qarşılaşma dünya çempionatından sonra onların ilk oyunudur. Rusiya Futbol İttifaqının Fabio Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı məşqçi güclü mütəxəssisdir".

Baş məşqçi bildirib ki, Azərbaycan Premyer Liqası Türkiyənin birinci dəstəsindən zəif deyil: "Ona görə də millimizin futbolçularının qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam. Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək. Bu mənim üçün vacibdir. Yaxşı mübarizə aparıb qələbə qazanmağa çalışacağıq".


Teqlər:





Xəbər lenti