Azərbaycandan böyük uğur: reytinqimiz yüksəldi - YENİLƏNİB

Azərbaycandan böyük uğur:  reytinqimiz yüksəldi - YENİLƏNİB
  03 Sentyabr 2014    Oxunub:4404
Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olub və 144 ölkə arasında 38-ci olub.

AzVision.az-ın məlumatına görə, ötənilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini bir pillə yaxşılaşdırıb ki, bu da ölkədə aparılan uğurlu iqtisadi siyasətin göstəricisidir.

UİF-in makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə, Azərbaycan ilk 10-luğa daxil olaraq 9-cu pillədə qərarlaşıb.

Hesabata görə, əmək bazarının effektivliyinə görə, Azərbaycan 33-cu yerdə mövqe tutur.

İnnovasiya potensialının göstəricilərinə görə, Azərbaycan 72-ci, texnologiya səviyyəsinə görə 56-cı, təsisatların keyfiyyətinə görə 60-cı yeri tutur.


Azərbaycandan sonra siyahıda Qazaxıstan (50-ci yer), Rusiya (51-ci yer), Gürcüstan (69-cu yer), Ermənistan (85-ci yer), Ukrayna (76-cü yer) və s.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti