Obama İŞİD-ə qarşı 350 hərbçi göndərdi

Obama İŞİD-ə qarşı 350 hərbçi göndərdi
  03 Sentyabr 2014    Oxunub:1752
ABŞ prezidenti Barak Obama İraqa 350 nəfərdən ibarət hərbi kontingentin göndərilməsi ilə bağlı qərar verib.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, ABŞ hərbçiləri bu ölkənin Bağdaddakı səfirtliyini qoruyacaq.

ABŞ Prezidenti Administrasiyasının yaydığı məlumata görə, ABŞ hərbçiləri hərbi əməlioyyatlarda iştirak etməyəcək.

Qeyd edək ki, daha əvvəl Pentaqon İraqa 430 nəfər hərbi müşavirdən ibarət kontinget göndərmişdi. ABŞ hərbçiləri və texnikası Bağdad hava limanı və bir sıra digər müəssisələri qoruyur. Rəsmi Pentaqon iddia edir ki, bu tədbirlər İraqdakı ABŞ vətəndaşları və yerli əhalini qorumaq üçün atılıb
.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti